Əsas Səhifə > Güney Press / Ana xəbər > Heydər Əliyevin avtomobili satışa çıxarıldı
Heydər Əliyevin avtomobili satışa çıxarıldı27-08-2015, 09:49 |
![]() Rusiyanın Krasnoyarsk şəhərində QAZ-12 “ZİM” markalı avtomobil internet vasitəsi ilə 1,4 milyona rubl (təxminən 21 min manat) qiymətinə satışa çıxarılıb. ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatında yayılan xəbərdə iddia olunur ki, avtomobil Azərbaycan prezidenti Heydər Əliyevə məxsus olub. Elan avqustun 24-də 24auto.ru saytında yerləşdirilib. Satan şəxs bildirib ki, avtomobil 1951-ci ilin buraxılışıdır və həmin avtomobil Azərbaycandan İlham Əliyevin qarajından gətirilib. Avtomobil təmirdən sonra avtomat pəncərə qaldıranlarla, kompyuter, televizor və siqnalizasiya ilə təchiz edilib. Avtomobilin qiyməti rus pulu ilə 1 410 000 rubl təşkil edir. Geri qayıt |