Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycan Kreml tərəfindən müharibəyə sövq edilir
Azərbaycan Kreml tərəfindən müharibəyə sövq edilir26-08-2015, 14:44 |
|
Diplomatiya çətin sahədir. Rusiyanın Azərbaycanı yenidən ilhaq etməsi cəhdləri son zamanlar siyasi dairələrdə ən çox müzakirə olunan mövzulardandır. Maraqlıdır ki, ictimai rəy də artıq “şimal küləyi”nin gəlişinə hazırdır. Rusiyanın Bakıdan konkret mövqe tələb etməsi və şərtlər irəli sürməsi faktı danılmazdır. Lakin hazırda rəsmi Bakının üzləşdiyi təzyiqlər arasında daha çox diqqəti cəlb edən şimal qonşumuzun təhdidləridir. Bu amil nəzərdən qaça bilməz. Rusiyanın Azərbaycandakı proseslərə təsir imkanları xeyli böyükdür. Həm coğrafi yaxınlıq, həm də Azərbaycan ordusuna real təsir imkanları, kəşfiyyat üstünlüyü, əhalinin mühüm hissəsi üçün şimal qonşumuz cəlbedici olması Moskvanın proseslərdə dominant rol oynamağına geniş imkan yaradır. Rusiya Azərbaycandakı 2015-ci il seçkilərini hədəfə aldığını nümayiş və Moskva ə rəsmi Bakıya təzyiqlərini davam etdirir. Rusiya -Azərbaycan münasibətləri 1994-cü ili, “Əsrin müqaviləsi” imzalanan dövrü xatırladır. Onda Kremlin təzyiqləri Bakının maraqlarına cavab verdi. Heydər Əliyev Moskvanın təzyiqlərindən qurtulmaq üçün Qərblə yaxınlaşa bildi. Şimal təhlükəsi real idi və Bakı “Sem dayı”nın dəstəyini qazandı. Neft müqaviləsi imzalandıqdan sonra çoxu anladı ki, Rusiya təhlükəsi barədə deyilənlər çox şişirdilib. Moskva artıq əvvəlki qüdrətə malik deyil. Hazırda rəsmi Bakı yenə də analoji addımları ata bilərmi? 1994-cü ildə ABŞ və Avropa üçün “Əsrin müqaviləsi” son dərəcə mühüm idi və bu baxımdan Kremlin şantajından xilas olmaq daha asan görünürdü. İndiki şəraitdə isə rəsmi Bakıya edilən təzyiqlər Qərb və Rusiyanın müştərək layihəsi kimi təqdim olunur. Göründüyü kimi, Azərbaycan bədxahları tərəfindən təklənib. Belə vəziyyətdə hamının etirazını göz önünə almaq və seçkiyə getmək qətiyyətin göstəricisidir. Dövlət başçısı islahatlar arzulayır. İslahatlara, narazı tərəflərin şərtlərini yumşaltmağa yönəlmiş addımlar atmağa zaman lazımdır. Vaxt isə məhduddur və qarşıdan parlament seçkisi gəlir. ABŞ-ın Azərbaycanla bağlı davranışı onu deməyə əsas verir ki, transmilli neft korporasiyaları yenidən islahat və sabitliyin qarantı olan mövcud iqtidarı dəstəkləyə bilərlər. Lakin Rusiya Azərbaycanın demokratikləşməsinin əleyhinədir. Odur ki, Kreml forpostu olan Ermənistanın yardımı ilə Azərbaycan hakimiyyətini Qarabağda yeni hərbi əməliyyatların başlaya biləcəyi ilə hədələyir. Azərbaycan Kreml tərəfindən müharibəyə sövq edilir. Müharibə isə Qərbin maraqlarına cavab vermir. Ən azı enerji daşıyıcılarının təhlükəsizliyi baxımından Qərb buna razı olmaz. Rusiya isə lokal müharibədə maraqlıdır. Lakin tərəflərə təzyiqini saxlaya bilməkdən ötrü Moskvaya status-kvonun saxlanılması daha önəmlidir. Odur ki, irimiqyaslı hərbi əməliyyatlardan söhbət gedə bilməz. Düzdür, rəsmi Bakı bütün cəbhə boyunca müharibəyə başlamasa İrəvan çətin duruma düşə bilər. Lakin Rusiyanın öz forpostu olan Ermənistana yardım etməyəcəyinə heç kəs zəmanət verə bilməz. Hərbi müttəfiqi olan Ermənistanı müdafiə etməkdən ötrü Rusiya Azərbaycanı sülhə vadar edə, bundan sonra isə rəsmi Bakı separatçı “DQR”in şərtlərini qəbul etməyə məcbur edilə bilər. Bütün bunlar Moskva və İrəvanın niyyətləridir. Lakin rəsmi Bakı ciddi manevrləri ilə bədxahlarının niyyətlərini puça çıxarır. Avropa.info-nun ekspert qrupu Geri qayıt |