Əsas Səhifə > Güney Press / Ana xəbər > Yüksək vəzifəli məmurun anası və qardaşı Bakıda yol qəzasında öldü

Yüksək vəzifəli məmurun anası və qardaşı Bakıda yol qəzasında öldü


26-08-2015, 12:36
Yüksək vəzifəli məmurun anası və qardaşı Bakıda yol qəzasında öldü
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 21 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Xəqani Səfərovun qardaşı Bulud Səfərov və anası Xatın Səfərova yol qəzasında ölüb.

"Report"un məlumatına görə, hadisə Bakı şəhərində baş verib.

Belə ki, qəzada ağır bədən xəsarətləri alan B.Səfərov və X.Səfərova xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt