Əsas Səhifə > Güney Press / Ana xəbər > Sumqayıt TKQ-nin rəisi işçilərinin maaşı ilə oğluna maşın alıb?

Sumqayıt TKQ-nin rəisi işçilərinin maaşı ilə oğluna maşın alıb?


26-08-2015, 11:08
Sumqayıt TKQ-nin rəisi işçilərinin maaşı ilə oğluna maşın alıb?
Sumqayıt Telekommunikasiya Qovşağında maaş qovğası yaşanır. Bu barədə JAM.AZ-a həmin qurumun işçiləri məlumat veriblər.

Məlumatda deyilir ki, Sumqayıt TKQ-nin rəisi Akif Əsgərov maaş verməməsinin səbəbini qəti şəkildə izah etmir. Ona bununla bağlı müraciət etdikdə isə işçiləri təhdid edərək, В«Mən dövlətəm, nə istəsəm edərəmВ» deyir. В«İşçilər qorxusundan dillənə bilmirlər. Bu adam işi o həddə çatdırıb ki, istədiyi vaxt istənilən işçini işdən çıxarır. Nə izahat verir, nə də səbəb söyləyirВ».

Sumqayıt TKQ-nin rəisindən şikayətçi olanlar iddia edirlər ki, Akif Əsgərov onların maaşı ilə oğluna bahalı maşın alıb. В«Biz Aztelekom rəhbərliyindən xahiş edirik ki, məsələni araşdırıb, tədbir görsünlər. Artıq dözə bilmirikВ».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt