Əsas Səhifə > Güney Press / Ana xəbər > İsrailə satılan kürd nefti - Müstəqil Kürdüstana gedən yol
İsrailə satılan kürd nefti - Müstəqil Kürdüstana gedən yol24-08-2015, 11:40 |
|
Bu ilin may ayından 11 avqust tarixinədək İsrail İraq kürdlərindən 19 milyon barel neft satın alıb. Avropa.info xəbər verir ki, bu 1 milyard dollara yaxın pul deməkdir. Bu haqda “Financial Times” nəşri yazır. Satılan neftin miqdarını nəzərə alsaq, kürdlər İsrailin neft ehtiyacının Вѕ -ü təmin etmiş olur. İsrailin bir günlük neft ehtiyacı 240 min bareldir. İraq kürdlərinin neftdən əldə etdiyi gəlir isə İŞİD-lə mübarizəyə sərf olunur. Kərkük neftini alan tərəf təkcə İsrail deyil. Alıcılar arasında İtaliya, Fransa, Yunanıstan, Türkiyə, Kipr var. Ticarət əməliyyatları isə “Vitol”. “Trafigura”, “Petraco” kimi şirkətlər tərəfində həyata keçirilir. “Financial Times” yazır ki, bu yaz İraq Kürdüstanında çıxarılan neftin üçdə biri Türkiyənin Ceyhan limanına daşınıb, oradan isə İsrailə göndərilib. Bu məlumatlar neft tankerlərinin marşrutunun analizi, ticarət şirkətlərinin mənbələri və peyk məlumatlarından əldə olunub. Ekspertlərin rəyinə görə, İsrail kürd neftini bazar qiymətindən daha ucuza ala bilər. Lakin İraq Kürdüstanı muxtariyyətinin hökuməti bu iddiaları rədd edib. İsrail isə kürd neft alması barədə xəbərə şərh vermək istəmir. Məlumdur ki, İsrail neft ehtiyacını əsasən Azərbaycan, Qazaxıstan və Rusiya nefti hesabına ödəyir. Kürdlərin nefti İsrail və digər ölkələrə satması Bağdadda ciddi narahatçılıq yaradıb. İraq qorxur ki, Kürdüstanın “neft azadlığı” müstəqil kürd dövlətinin yaranmasına səbəb ola bilər. Keçən il İraq Kürdüstanı neft satışı ilə bağlı Bağdadla müqavilə bağlasa da, dünya neft bazarında qiymətlərin enməsi bu müqaviləni əhəmiyyətsiz edib. Fevralda “The Marker” qəzeti yazmışdı ki, İraq Kürdüstanından ABŞ-a neft aparan tanker ABŞ-da 1 ay boşaldılmasını gözlədikdən sonra İsrailə yönəlmişdi. Geri qayıt |