Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda məşhur şirkət rəhbərinə qarşı dələduzluq edildi

Bakıda məşhur şirkət rəhbərinə qarşı dələduzluq edildi


24-08-2015, 11:14
Bakıda məşhur şirkət rəhbərinə qarşı dələduzluq edildi
Azərbaycanda məşhur şirkət rəhbərinə qarşı dələduzluq edilib.

Bu barədə “Report”a Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Belə ki, “Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov Binəqədi RPİ-yə müraciət edərək tanıdığı şəxs tərəfindən ona məxsus 10 min manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyini, hazırda həmin şəxsin pulu qaytarmaq istəmədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt