Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycan Cənubi Qafqazın ən stabil ölkəsidir
Azərbaycan Cənubi Qafqazın ən stabil ölkəsidir19-08-2015, 11:27 |
|
Ermənistan region ölkələri arasında daha böyük siyasi risklərlə qarşılaşdığı bir zamanda Azərbaycan Zaqafqaziyanın ən stabil dövlətidir. SalamNews-un “Kommersant” qəzetinə istinadla verdiyi xəbərə görə, belə bir qənaət "Minchenko Consulting" media qurumu tərəfindən hazırlanan “Zaqafqaziya regionunda siyasi risklərin qiymətləndirilməsi” adlı hesabatda yer alır. Hesabatda Zaqafqaziyanın üç ölkəsindəki vəziyyət ətraflı olaraq nəzərdən keçirilib. Ən çox stabil ölkə olaraq Azərbaycan tanınıb. Azərbaycanın Zaqafqaziyanın ən güclü iqtisadiyyatı, xarici investorlar üçün cəlbedici ölkə olduğu vurğulanıb. "Qaz yataqlarının işlənməsi tədricən neft ehtiyatlarının azalması nəticəsində gəlirlərin azalmasını qismən kompensasiya edir. Bakının çoxəsrlik xarici siyasəti, ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə, İran, İsrail və ərəb dünyası ölkələrinin maraqları arasında balans yaratmaq qabiliyyəti mövcuddur." - hesabatda qeyd olunur. "Minchenko Consulting" hesabatına əsasən, ən böyük risk Ermənistanda mövcuddur. Bu ölkə 2015-ci ildə kütləvi etiraz aksiyaları ilə üzləşib. Nümayişlər və iğtişaşlar ölkədə elektrik enerjisi tariflərinin qaldırılması səbəbilə baş verib. “Bununla belə, tarif problemi böyük risklərlə dolub daşan ümumi daxili və xarici siyasət kontekstlərinin yalnız bir hissəsidir”,- sənəddə qeyd edilib. “Dörd dövlətlə sərhədlərindən ikisi bağlıdır (Türkiyə və Azərbaycan). Digər iki ölkə ilə sərhədləri (Gürcüstan və İran) Rusiya-Gürcüstan münasibətlərinin münaqişə kontekstləri ilə, o cümlədən Rusiya-Qərb, İran-ABŞ arasındakı münasibətlərlə sıx bağlıdır. Bütün bunlar miqyaslı investisiyalar yolunda nəzərə çarpacaq maneələr yaradır, yoxsulluq yaradır.",- deyə hesabatda qeyd edilir. Geri qayıt |