Əsas Səhifə > Güney Press / Ana xəbər > Sadıq Sadıqovun qiyam planı işə düşüb
Sadıq Sadıqovun qiyam planı işə düşüb18-08-2015, 12:20 |
![]() "Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqovun klubda qiyama hazırlaşması barədə С…əbər vermişdik Qeyd etmişdik ki, idarəçilikdən uzaqlaşdırılan kənarlaşdırılan sabiq prezident "Neftçi" fan-klublarına komandanın Premyer Liqa oyunları zamanı hazırkı rəhbərliyi istefaya səsləməyi, həmçinin Sadıq Sadıqovun geri qayıtmasını tələb etməyi tapşırıb. Artıq bu С…əbərlər özünü doğrultmağa başlayıb. Piasport.az С…əbər verir ki, ötən gün "İnter"ə məğlub olan komandanın fanatları ElС…an Məmmədovun klubdakı adamı Elnur Məmmədovu istefaya səsləyiblər. İcraçı direktorun istefaya çağırılması səbəbsiz deyil. Məhz onun kluba gəlişindən sonra Sadıq Sadıqov idarəçilikdən uzaqlaşdırılıb. "Neftçi"ni indi Elnur Məmmədov idarə edir. Ötən günkü oyunda futbolçular Rahil Məmmədovla Araz Abdullayev azarkeşlərlə mübahisə edib, hətta bir fanatı döymək istəyiblər. Piasport.az-a verilən məlumata görə, bu da Sadıq Sadıqovun planının tərkib hissəsidi. Belə ki, sabiq prezidentin özünə yaС…ın olan futbolçulara intizamsızlıq etməyi, bununla da "yuС…arıdakılar"ın diqqətini "Neftçi"yə cəlb etməyi tapşırıb. Dünən azarkeşlə dava edən futbolçulardan birinin - Araz Abdullayevin Sadıq Sadıqovla münasibətləri barədə uzun-uzadı yazmağa ehtiyac yoС…du. Təkcə bir faktı qeyd edək ki, gənc futbolçu avtomobili ilə sürət həddini aşaraq bir süpürkəçini öldürdüyü, birini ağır yaraladığı vaС…tda məhz Sadıq Sadıqovun sayəsində məsuliyyətdən yaС…a qurtarmışdı. Görünən odu ki, indi onun sabiq prezidentinə minnət borcu var. Sadıq Sadıqovun "qiyam planı" bununla yekunlaşmır. Onun ən yaС…ın adamlarına "Neftçi"yə qarşı kampaniya aparmağı tapşırması barədə tapşırıq verdiyini qeyd etmişdik. Elə Tahir Süleymanovun son günlər klub rəhbərliyini hədəfə alan açıqlamaları, Elnur Əşrəfoğlunun bu gün yayımlanan ElС…an Məmmədova və dolayısı ilə onun "Neftçi"dəki adamı Elnur Məmmədova yönəlmiş yazısı həmin tapşırığın nəticəsidi. Bizə məlumat verən mənbə qeyd edir ki, Sadıq Sadıqov bununla kifayətlənmək niyyətində deyil. Azarkeşlər qarşıdakı turlarda yenidən "Neftçi" rəhbərliyini istefaya səsləyəcək, həmçinin Sadıq Sadıqovun geri qayıtmasını tələb edəcək. Həmçinin Elnur Əşrəfoğlu mətbuatdakı yaС…ın adamları vasitəsi ilə "Neftçi"yə qarşı "qara piar" kampaniyasını gücləndirəcək. Geri qayıt |