Əsas Səhifə > Güney Press / Ana xəbər > Milli parklara bizi niyə buraxmırlar?
Milli parklara bizi niyə buraxmırlar?14-08-2015, 11:45 |
|
Son günlərdə Azərbaycanda təbiət qoynunda dincələn həmvətənlərimizin ətraf mühiti çirkləndirməsi mövzusu müzakirə edilir. Bu mövzunun aktuallığını nəzərə alaraq bloger Əliyevin “Milli parklara bizi niyə buraxmırlar?” adlı məqaləsini təqdim edirik. Azərbaycan ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan daxil olmaq mümkün olmayan çoxsaylı qapalı məkanların olduğunu çoxumuz bilirik. İcazəni isə ya almaq çox çətindir, ya da mümkünsüzdür. Səbəblər müxtəlif olur. Məntiqdən kənar, məntiqi və ya digər şərtlərlə əsaslandırılmış səbəblər olur. Özümdən isə bir şey əlavə etmək istərdim – düz edib buraxmırlar. Bilirsiz niyə? Aşağıda bu sualın cavabını tapa biləcəyiniz bir neçə şəkil göstərilib. 1. Qubadan çıxışda meşə. Yerli sakinlərin və turistlərin piknikindən qalan izlər. 2. 3. 4. Qusarda Laza kəndinin şəlalələrindən birinin ətəyi. 5. 6. Xınalığa gedən yolda Qudyal çayı yaxınlığında dərə. Bir qalaq pampers. Mənə maraqlıdır, onları bura uzun müddət ərzində bilərəkdən kimsə atır? 7. Mingəçevir su anbarının sahili. 8. 9. 10. 11. Slavyanka kəndi, Gədəbəy rayonu. 12. 13. 14. Qəbələ və İsmayıllı arasında meşəlikdə səliqəli şəkildə gizlədilmiş qalaq. 15. Gədəbəydə qədim körpü. 16. 17. Qədim Zaqatala qalası. Dövlət tərəfindən qorunur. 18. Çənlibel gölünün sahili, Quba. 19. Nabrandan salamlar. 20. Bu, bizim ölkəmizdə baş verənlərin sadəcə kiçik bir hissəsidir. Doğrudur, düşüncəli vətəndaşlar da var, onlar özləri ilə zibil üçün torba gəzdirir və özlərindən sonra zibil qoymurlar. Amma bu, vəziyyəti xilas etmir. Cərimələrlə də problemi həll etmək olmur. Mənbə : Oxu.az Geri qayıt |