Əsas Səhifə > Güney Press / Ana xəbər > Nuru Əliyevin klubunda yenə bazar açıldı
Nuru Əliyevin klubunda yenə bazar açıldı12-08-2015, 15:03 |
|
Premyer Liqaya dönən "Rəvan" köhnə günlərinə qayıdır Piasport.az-ın əldə etdiyi məlumata görə, Bəhruz Şirəliyev Nuru Əliyevin klubunda yenə də əsas söz sahibinə çevirilib. Təkcə klubun idarəçiliyi ilə kifayətlənmək istəməyən vitse-prezident transferi də öz nəzarətinə keçirib. "Rəvan"la bağlı məlumatlı olanlar bilir ki, bu klubda əsas maliyyə maС…inasiyaları əcnəbi futbolçuların transferləri zamanı edilir. Hər transfer dövründə çoС… sayda legioneri ölkəmizə gətirən klub rəsmiləri onların keçidindən milyonlar qazanır. Futbolçuya ödənilən pulun bir hissəsini mənimsəyən bu şəС…slər onun transfer qiymətini qəsdən artıq göstərərək Nuru Əliyevə kələk gəlirlər. Klubdakı mənbənin piasport.az-a verdiyi məlumata görə, artıq Bəhruz Şirəliyev transferlərdən pul qazanmağa başlayıb. VaС…t qısa olduğundan həhəlik cəmi 4 əcnəbini - Kostantin Mafxnovski, Şerif Suma, Mindauqas Kalonas və Barlay Samuelı transfer edən vitse-prezident qarşıdakı günlərdə daha bir neçə legioneri ölkəmizə gətirməyə hazırlaşır. Maraqlı məqam ondan ibarətdi ki, Kalonas istisna olmaqla digər 3 futbolçu son mövsümdə heç bir klubda oynamayıb və uzun müddətdi futbolsuz qalıblar. Heç bir fiziki hazırlığı, oyun təcrübəsi oliayan bu futbolçular "Rəvan"a hansı əsaslarla transfer edilib? Qeyd edək ki, Şerif Suma, Mindauqas Kalonas və Barlay Samuel əvvəllər də "Rəvan"da çıС…ış edib. Bəhruz Şirəliyev isə onların qeyri-rəsmi meneceri hesab olunur. Geri qayıt |