Əsas Səhifə > Güney Press / Ana xəbər > Ziya Məmmədovun rəis qohumu borcunu ödəyib?

Ziya Məmmədovun rəis qohumu borcunu ödəyib?


12-08-2015, 11:11
Ziya Məmmədovun rəis qohumu borcunu ödəyib?
Salyan Regional Qaz İdarəsinin keçmiş rəisi Xəyyam Rzayev virtualaz.org saytının dünənki sayında işıq üzü görən “Polis rəisi idarə müdirini necə tələyə və borca saldı...” başlıqlı yazıdan sonra redaksiyamıza müraciət edib.

Sabiq rəis bildirib ki, yazıda haqqında bəhs olunan problem artıq həll edilib.

“Hazırda mənimlə Salyan Rayon Polis Şöbəsinin sabiq rəisi Fuad Məmmədli arasındakı bütün problemlər həll olunub. Mənim ondan heç bir şikayətim yoxdur” - deyə X.Rzayev bildirdi.

Xatırladaq ki, həmin yazıda polis rəisi F.Məmmədlinin idarə müdirini öz şəxsi istilikxanalarına qaz xətti çəkməyə məcbur etməsindən, X.Rzayevin isə bu problemi öz şəxsi vəsaiti hesabına həll etməsindən, bunun üçün banklardan külli miqdarda kredit götürərək borca düşməsindən bəhs olunurdu.

Geri qayıt