Əsas Səhifə > Güney Press / Ana xəbər > Köçəryanın adı qatillərin siyahısına düşdü
Köçəryanın adı qatillərin siyahısına düşdü8-08-2015, 15:52 |
|
Ermənistanın sabiq prezidenti Robert Köçəryan daha bir qalmaqalla gündəmə gəlib. Axar.az xəbər verir ki, Köçəryanın adı qatil kimi Afrikada heyvanların məhv edilməsinin qarşısının alınması məqsədilə Feysbukda yaradılmış “Stop trophi hunting now” (Tropik ovu dayandırın) səhifəsinə düşüb. Belə ki, səhifə Köçəryanın qətlə yetirilmiş şir, camış və ceyranla şəklini paylaşıb. Qeyd edək ki, Ermənistan cəmiyyətinin bu şəkillərdən çoxdan xəbəri var və bu görüntülər onlar üçün yeni məlumat deyil. Köçəryanın ova olan sevgisi hələ onun hakimiyyət illərindən məlumdur. Geri qayıt |