Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakı-Tiflis-Ərzrum qaz kəmərindəki partlayışın səbəbi bilindi

Bakı-Tiflis-Ərzrum qaz kəmərindəki partlayışın səbəbi bilindi


4-08-2015, 14:17
Bakı-Tiflis-Ərzrum qaz kəmərindəki partlayışın səbəbi bilindi
Türkiyədə Bakı-Tiflis-Ərzrum qaz kəmərində partlayış qaz sızması nəticəsində baş verib və terror aktı deyil.

Bunu Trend-ə boru kəmərinin keçdiyi Türkiyənin Qars vilayətinin valisinin ofisindən telefonla deyiblər.

Qeyd edilib ki, partlayışa səbəb boru kəmərindəki qaz sızması olub.

Xatırldaq ki, Bakı-Tiflis-Ərzrum qaz kəmərinin Türkiyənin Sarıqamış rayonu əraizindən keçən hissəsində partlayış baş verib. Hazırda boru kəmərində qazın nəqli dayandırılıb.

* * * 10:39

Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyədən keçən hissəsində baş verən partlayışın səbəbləri araşdırılır.

Bunu APA-ya ARDNŞ-in ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib. Onun sözlərinə görə, baş vermiş partlayış Azərbaycan tərəfinə zərər vurmayıb. “Qaz kəmərinin partlayışın baş verdiyi hissəsinin mühafizə işini Türkiyə tərəfi, Botaş şirkəti həyata keçirir. Botaş şirkəti ilə daimi əlaqələrimiz var. Qeyd edim ki, xoşbəxtlikdən qrafikə uyğun olaraq cari təmir işləri ilə əlaqədar dünən axşamdan, yəni partlayış baş verməmişdən 8-9 saat əvvəldən Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyəyə qədər olan hissəsinə qaz verilməyib. Buna görə də Azərbaycan tərəfinə ziyan dəyməyib. Hazırda partlayışın səbəbləri araşdırılır. Bununla bağlı əlavə məlumat olanda bu barədə ətraflı məlumat veriləcək”, - deyə N.Quliyev vurğulayıb.

Xatırladaq ki, Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış baş verib. Qars valisi Günay Özdəmir hadisə ilə bağlı araşdırmaların davam etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib. Onun sözlərinə görə, hadisə Sarıqamış rayonunda qeydə alınıb. Meşə sahəsində baş verən partlayışın səbəbi araşdırılır.

Yanğının meşəyə keçməsinin qarşısı alınıb. Şahidlərin bildirdiyinə görə, partlayışın səsi 20 km uzaqlıqdan eşidilib.

* * * 10:16

Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyənin Sarıqamış rayonu əraizindən keçən hissəsində partlayış baş verib.

Trend-in “Anadolu” agentliyinə istindən verdiyi məlumata əsasən, partlayışın səbəbi məlum deyil.

Hazırda boru kəmərində qazın nəqli dayandırılıb.

Agentliyin məlumatına əsasən, hazırda partlayışdan sonra yaranan yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.

Geri qayıt