Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakı-Tbilisi-Ərzurum kəmərində partlayışın səbəbi:

Bakı-Tbilisi-Ərzurum kəmərində partlayışın səbəbi:


4-08-2015, 12:01
Bakı-Tbilisi-Ərzurum kəmərində partlayışın səbəbi:
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Sarıqamış rayonu əraizindən keçən hissəsində partlayış baş verib.

Trend-in “Anadolu” agentliyinə istindən verdiyi məlumata əsasən, partlayışın səbəbi məlum deyil.

Hazırda boru kəmərində qazın nəqli dayandırılıb.

Agentliyin məlumatına əsasən, hazırda partlayışdan sonra yaranan yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.

X X X

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyə ərazisinə düşən hissəsində partlayışın baş vermə səbəbi kimi terror aktı istisna edilmir. Bu barədə Trend-ə Qars valisinin ofisindən məlumat verilib.

Bildirilib ki, partlayışdan sonra boru kəmərində qazın nəqli dayandırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda qaz kəmərinin partladılmış hissəsi bərpa edilir.

Geri qayıt