Əsas Səhifə > Güney Press / Ana xəbər > Qarabağa köçən rus milyarder Cıdır düzündə moda sərgisi keçirəcək

Qarabağa köçən rus milyarder Cıdır düzündə moda sərgisi keçirəcək


27-07-2015, 12:23
Qarabağa köçən rus milyarder Cıdır düzündə moda sərgisi keçirəcək
Qalmaqallı Rusiya milyarderi German Sterliqovun həyat yoldaşı Alina Sterliqova Şuşanın Cıdır düzündə moda sərgisi keçirəcək. Modern.az saytı xəbər verir ki, sosial şəbəkələrdəki şəxsi səhifəsində Cıdır düzünün şəklini paylaşan Sterliqov sərginin avqusutn 29-da keçiriləcəyini deyib.

“Məhz burda avqusutn 29-da Alyona Sterliqovanın moda sərgisi keçiriləcək”,-deyə o, bildirib.

Sterliqov həmçinin, xanımının Şuşada açdığı moda evinin artıq paltar satmağa başladığını da xəbər verib.

2015-ci il iyulun 4-də Dağlıq Qarabağa köçən German Sterliqova qarşı Azərbaycan Baş Prokurorluğu Cinayət Məcəlləsinin iki maddəsi üzrə iş açıb.

Geri qayıt