Əsas Səhifə > Güney Press / Ana xəbər > Tanınmış jurnalistin obyektini yardılar
Tanınmış jurnalistin obyektini yardılar24-07-2015, 11:05 |
|
Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Topaz” məntəqəsindən oğurluq olub. Report-un məlumatına görə, naməlum şəxslər gecə saatlarında obyektin qapısının qıfılını qıraraq oradan bir ədəd noutbuk oğurlayıblar. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis bolməsinin əməkdaşları cinayəti torədən şəxlərin axtarışlarını davam etdirir. Oğurluq edilən “Topaz” məntəqəsini ANS televiziya kanalının keçmis idman jurnalisti Asif Bağırov işlədir. A.Bağırov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O, obyektdən noutbukla yanaşı, datakart və təxminən 400 manatlıq uduş kuponları da aparıldığını deyib. Geri qayıt |