Əsas Səhifə > Güney Press / Ana xəbər > Azay Quliyevdən beynəlxalq təşkilatlara sərt ittiham
Azay Quliyevdən beynəlxalq təşkilatlara sərt ittiham16-07-2015, 15:24 |
|
“Beynəlxalq qurumlar ya siyasətlərini dəyişməlidirlər, ya da Azərbaycanla münasibətlərinə yenidən baxmalıdırlar”. Bunu Hafta.az-a açıqlamasında Prezident yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. Şura sədri ölkə başçısının son müzakirədə səsləndirdiyi fikirləri şərh edərkən bildirib ki, Azərbaycanın milli maraqlarına hörmət etməyən bir qurumla əməkdaşlıq bundan sonra sual altına düşə bilər: “Əgər bir beynəlxalq təşkilat Azərbaycanın milli maraqlarını nəzərə almırsa, bizimlə bərabərhüquqlu tərəfdaş kimi davranmırsa, ölkəmizə hörmət etmirsə biz onunla niyə əməkdaşlıq etməliyik? Avropa ittifaqının assosiativ sazişi ilə bağlı təklifi bir neçə il bundan əvvəl bizə təqdim olunub. Biz dəfələrlə təkid etdik ki, həmin imzalanacaq sənəddə Azərbaycanın ərazi bütövlüyü öz əksini tapsın. Avropa İttifaqı bundan imtina etdi. Bizim ərazi bütövlüyünü nümayişkəranə şəkildə tanımayan bir qurumla əməkdaşlıq etmək niyyətimiz yoxdur”. Azay Quliyev bildirib ki, ölkə başçısının son müşavirədə beynəlxalq təşkilatların qarayaxma kompaniyasını sərt şəkildə tənqid etməsi tezliklə öz müsbət nəticəsini verəcək: “Cənab prezident son toplantıda beynəlxalq qurumlara mesaj göndərdi. Ölkə başçısı həmin beynəlxalq təşkilatlara ölkəmizlə bağlı apardığı siyasətlərində dəyişiklik etməyi tövsiyyə etdi. Ölkə başçısı dedi ki, Azərbaycan sizin istədiyiniz kimi idarə edəcəyiniz dövlət deyil. Ona qarşı qarayaxma kompaniyası apara bilməzsiniz. Həmin beynəlxalq qurumlar ya siyasətlərini dəyişməlidirlər, ya da Azərbaycanla münasibətlərinə yenidən baxmalıdırlar. Düşünürəm ki, cənab prezidentin bu çağırışının çox müsbət nəticələri olacaq. Həmin qurumlar, təşkilatlar bundan bir nəticə çıxaracaqlar”. Geri qayıt |