Əsas Səhifə > Güney Press / Ana xəbər > Elman Rüstəmov daha bir bankın kitabını bağladı

Elman Rüstəmov daha bir bankın kitabını bağladı


15-07-2015, 12:48
Elman Rüstəmov daha bir bankın kitabını bağladı
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli, 27 nömrəli qərarı ilə məcmu kapitalın minimal məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv edilib.

Bank lisenziyasının ləğvi barədə qərar 16 iyul 2015-ci il tarixində qüvvəyə minəcək.

Məlumat verildiyi kimi, 13 iyul 2015-ci il tarixindən Azərbaycan Mərkəzi Bankı tərəfindən “Azərbaycan Kredit Bankı”na təyin olunmuş müvəqqəti inzibatçı bankda idarəetməni həyata keçirir.

Azərbaycan Mərkəzi Bankı bir daha bildirir ki, “Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.

Hazırda bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.

Geri qayıt