Əsas Səhifə > Güney Press / Ana xəbər > Türkiyə səfirliyi Oktay Arasın əməllərinə niyə göz yumur?

Türkiyə səfirliyi Oktay Arasın əməllərinə niyə göz yumur?


15-07-2015, 08:45
Türkiyə səfirliyi Oktay Arasın əməllərinə niyə göz yumur?
Qafqaz Xəbər Agentliyi olaraq bir neçə ay öncə Türkiyənin Azərbaycandakı səfirliyinin sürücüsü Oktay Arasın idarə etdiyi səfirliyə məxsus avtomobildən 30 min dollarlıq siqaret müsadirə olunduğu barədə məlumat vermişdik. Məlumata görə, mart ayının 7-də qonşu Gürcüstandan ölkəmizə “Qırmızı körpü” vasitəsilə qardaş Türkiyənin səfirliyinə məxsus “Mercedes” markalı avtomobil sərhəddi keçərkən saxlanılıb. Avtomobilin sükanı arxasında səfirliyin sürücüsü Oktay Aras olub. Gömrükçülərdə şübhə doğuran avtomobildən 30 min dollar dəyərində siqaret aşkar olunub. Gömrük bəyannaməsi olmayan, yəni qaçaqmal yolu ilə keçirilən siqaret Tovuz Gömrük idarəsinin əməkdaşları tərəfindən müsadirə olunaraq Dövlət Gömrük Komitəsinin istintaq idarəsinə təhvil verilib. Faktla bağlı istintaq araşdırması aparılıb. Məlumat üçün bildirək ki, mal keçirən şəxsdə gömrük bəyannaməsi olmadan 4 min manatdan yuxarı mal aşkar olunarsa, AR CM-nin 206.3.2 maddəsi ilə cinayət işi qaldırılır. Redaksiyamıza daxil olan məlumata görə Oktay Aras Türkiyə səfirliyində həyat yoldaşı ilə birgə çalışır və bu olay ilk dəfə deyil.

Səfirliyin sürücüsü bir neçə dəfə belə əməllərə görə saxlanılsa da sonradan hansı yollasa məsuliyyətdən qurtara bilib. Bu gün redaksiyamıza Oktay Arasla bağlı yeni məlumatlar daxil olub. Mənbə bildirir ki, Oktay Arasın işi Dövlət Gömrük Komitəsində araşdırılıb. Qardaş ölkənin səfirliyinin adına kölgə salmamaq üçün Oktay Arasın işinə DGK-nin İstintaq idarəsində xitam verilib. Yəni ondan müsadirə olunan siqaretlərin miqdarı azaldılaraq o cinayət məsuliyyətindən yayındırılıb. Ancaq mənbənin məlumatına görə, Oktay Arasın bu əməllərindən sonra hətta səfirlik tərəfindən ondan “Mercedes” markalı avtomobilindəki səfirliyə məxsus “qırmızı nömrələr” də alınmayıb. O yenə də səfirliyə məxsus qırmızı nömrələrdə öz əməllərini davam etdirir. Beləki aldığımız digər məlumata görə Oktay Aras Yasamal rayonu, İnşaatçılar 142 D ünvanında yerləşən “Dyuti Fri Diplomat Şop” mağazasından yenə mal alaraq həmin malları baha qiymətə öz müştərilərinə satır. Redaksiyamıza daxil olan məlumatdan bəlli olur ki, Oktay Aras Türkiyə səfirliyindən işdən azad olunsa da, onun həyat yoldaşı səfirlikdə işini davam etdirir. Mənbənin verdiyi məlumata görə, Oktay Aras səfirlikdə bir neçə şəxslə bağlı ciddi “kompramata” malik olduğu üçün onun əməllərinə göz yumulur.

Türkiyə səfirliyi Oktay Arasın əməllərinə niyə göz yumur?

Geri qayıt