Əsas Səhifə > Güney Press / Ana xəbər > Cahangir Hacıyevin bütün komandasına istefa ərizəsi yazdırılıb

Cahangir Hacıyevin bütün komandasına istefa ərizəsi yazdırılıb


13-07-2015, 14:37
Cahangir Hacıyevin bütün komandasına istefa ərizəsi yazdırılıb
В«Azərbaycan Benəlxalq bankında ciddi dəyişikliklər gözlənilir. İyul ayının 22-də Müşahidə Şurasının keçiriləcək növbəti toplantısında bankın idarə heyətinin yeni rəhbəri müəyyənləşəcək. Posta iki əsas namizəd var, В«AzərkreditВ» ASC-nin rəhbəri Məmməd Musayev və В«AzərtürkbankВ»ın idarə heyətinin sədri Elmar QasımovВ». Bu barədə bankda çalışan, adının çəkilməsini istəməyən mənbə В«Bizim YolВ» qəzetinə bildirib. Qaynaq xəbər verir ki, Elmar Qasımov maliyyə naziri Samir Şərifovun yaxın dotsudur, əvvəllər В«Kapital BankВ»ın rəhbərliyində çalışıb.

Məlumatda daha sonra bildirilir ki, bankın bütün filal müdirlərinə, müxtəlif strukturlarında çalışan rəhbər şəxslərə istefa ərizəsi yazdırılıb. İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin bütün komandası bankdan kənarlaşdırılacaq. Onların bəziləri kredit mənimsəmələri ilə bağlı istintaqa cəlb olunub, həbs olunacaqları istisna olunmur.
Mənbə bildirib ki, bank rəhbərliyində çalışan şəxslərin, səhmdarların bir hisəsi artıq depozitlərini geri çəkməyə başlayıb. Amma bu o qədər də asan deyil, Beynəlxalq Bankın hazırki maliyyə durumu iri məbləğdə depozitlərin qaytarılmasına imkan vermir.

Xatırladaq ki, hökumət bankın nizamnamə kapitalına 125 milyon manat yatırım edib və beləliklə dövlətin payı 51 faizdən 55 faizə qaldırılıb. Bu da beynəlxalq maliyyə təşkilatlarının təlbələri ilə ziddiyət təşkil edir. Beynəlxalq qurumlar Beynəlxalq bankın özəlləşdirilməsini tələb edir. Çünki, ölkədə bütün bank əməliyyatlarının 60 faizdən artığına dövlət bankı nəzarət edir ki, bu da bank sektorunun inkişafına ciddi maneə kimi dəyərləndirilir. İndii şəraitdə hökumətin Beynəlxalq Bankın özəlləşdirilməsinə gedəcəyi ağılabatan görünmür. Çünki, bankın kredit portfelinin yarıdan çoxu qaytarılmayan kreditlər təşkil edir. Təxminən 6 milyard manat vəsait müxtəlif iş adamlarına verilib ki, onları geri almaq üçün hüquq mühafizə orqanları həbslər həyata keçirir.

Geri qayıt