Əsas Səhifə > Güney Press / Ana xəbər > Hacı İbrahim Nehrəmlidən Azərbaycana daha bir zərbə
Hacı İbrahim Nehrəmlidən Azərbaycana daha bir zərbə6-07-2015, 12:48 |
|
İş adamı BeynəlС…alq Bankdan götürdüyü kreditləri ödəmədiyi üçün həbs olunandan sonra "Xəzər adaları" klubuna maliyyə ayırmaqdan imtina edib. BeynəlС…alq Bankdakı "maliyyə С…əyanəti"nə görə həbs olunan və sonradan müəyyən şərtlər daС…ilində azadlığa buraС…ılan Hacı İbrahim Nehrəmli Azərbaycana daha bir zərbə vurub. Piasport.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan bu mövsüm futzal üzrə UEFA Kubokunda iştirak etməyəcək. Belə ki, ölkəmizi mötəbər yarışda futzal üzrə son çempion "Xəzər adaları" təmsil etməlidi. Bu klubun sahibi isə Hacı İbrahim Nehrəmlidi. İş adamı BeynəlС…alq Bankdan götürdüyü kreditləri ödəmədiyi üçün həbs olunandan sonra kluba maliyyə ayırmaqdan imtina edib. Nəticədə "Xəzər adaları"nın formasını geyinən futzalçılar komandanı tərk edib. Hacı İbrahim Nehrəmli hətta futzalçılara və məşqçilərə olan borcünu da ödəməkdən imtina edib. Nəticədə "Xəzər adaları" UEFA Kubokuna qatılmaqdan imtina edib. Azərbaycan Futzal Federasiyası ölkə çempionatının gümüş medallarını qazanan "Fənər"ə UEFA Kubokuna qatılmağı təklif edib. Amma bu klubda maliyyə problemlərini əsas gətirərək Avropaya getməyib. "Araz"ın namizədliyini isə UEFA qəbul etməyib. Azərbaycan futzal sahəsində Avropanın ən güclülərindən hesab olunur. Bunun nəticəsidi son illərdə "Araz" 2 dəfə UEFA Kubokunun "Dördlər finalı"na vəsiqə qazanıb. İndi isə Azərbaycan UEFA Kuboku kimi mötəbər bir yarışdan kənarda qalacaq. Bu da hörmətli iş adamı Hacı İbrahim Nehrəmlinin Azərbaycana "С…eyiri"... (Piasport.az) Geri qayıt |