Əsas Səhifə > Güney Press / Ana xəbər > Ölkənin keçmiş baş dəmiryolçusu hardadır...

Ölkənin keçmiş baş dəmiryolçusu hardadır...


2-07-2015, 11:55
Ölkənin keçmiş baş dəmiryolçusu hardadır...
Bir müddət öncə prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat nazirinin müavini təyin edilən Arif Əsgərovla bağlı mətbuatda çox saylı yazılar dərc olunur.

Hətta onun işə çıxmadığı iddia olunur.

AzVision.az A. Əsgərovun hazırda harada olmasını öyrənmək məqsədi ilə Nəqliyyat Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov açıqlamasında nazir müavinin üzərinə düşən vəzifələri icra etdiyini qeyd edib:

“Arif Əsgərov Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsini yerinə yetirir. Nazirlikdə vəzifə bölgüsü var. Arif Əsgərovda öz vəzifəsini yerinə yetirmək üçün işə çıxır. Nazilikdə müxtəlif şöbələr də faəliyyət göstərir. Arif müəllim birbaşa həmin şöbələrin işlərinə nəzarət edir. Səhhətində heç bir problem yoxdur. Mütəmadi olaraq işə çıxır”.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək nəqliyyat nazirinin müavini təyin edilib.

Geri qayıt