Əsas Səhifə > Güney Press / Ana xəbər > Baş redaktorun Elşad Abdullayevi geri qaytarma tələbinə reaksiya
Baş redaktorun Elşad Abdullayevi geri qaytarma tələbinə reaksiya30-06-2015, 12:39 |
|
Azərbaycan Respublikası Baş Prokurorluğu Məmmədov Asif Millət oğluna! Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən şərəf və ləyaqətin təhqir olunması, onun Azərbaycana gətirilməməsi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə etdiyiniz və Bakı şəhər Prokurorluğunda baxılmış müraciətinizlə əlaqədar bildirilir ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılan cinayət işi üzrə 20.08.2013-cü il tarixdə Elşad Abdullayevin Azərbaycan Respublikası CM-nin 137.3 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilməklə barəsində Bakı şəhər Nəsimi rayon Məhkəməsinin həmin tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmuş, hal-hazırda onun tapılıb istintaqa cəlb edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Hörmətlə, Eldar Əhmədov, Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri *** Xatırladırıq ki, keçmiş ABU rektoru E.Abdullayev özünün facebook səhifəsindəki özünün şəxsi statusunda və digər saxta profillər vasitəsilə ölkənin Ali rəhbərliyinə, həmçinin digər tanınmış və nüfuzlu şəxslərə… qarşı şantaj, böhtan və milli mentalitetə yad, ağır formada şəxsiyyət əleyhinə yönəlmiş söyüş və təhqirlərə yol verdiyindən, bundan əlavə, В«TəzadlarВ»ın Baş redaktorunu ağır cinayətlərdə suçlamaqla ona böhtan atdığına görə Asif Mərzili E.Abdullayevə xüsusi status mesajı ilə alternativ cavab vermiş, sonra həmin böhtan və təhqirli statusları MTN-ə, həmçinin Baş Prokurorluğa rəsmi qaydada göndərərək tədbir görülməsi üçün şikayət vermişdi. Yalnız bundan sonra E.Abdullayevin facebook səhifəsindən həmin saxta profillər və digər nüfuzlu şəxslər barədə yol verilən təhqiramiz statuslar yığışdırılmışdır. Amma E.Abdullayevin həmin şantaj və təhqir dolu statusları köçürülərək redaksiyanın arxivində saxlanılır. Geri qayıt |