Əsas Səhifə > Güney Press / Ana xəbər > Səlim Müslümovun İmişlidəki kadrı kimlərə güvənir?

Səlim Müslümovun İmişlidəki kadrı kimlərə güvənir?


30-06-2015, 09:45
Səlim Müslümovun İmişlidəki kadrı kimlərə güvənir?
Hər zaman sakinlərin problem və şikayətlərini işıqlandıran BTV-yə 34 saylı Saatlı-İmişli Regional Tibbi-Sosial Ekspert Komissiyasının sədri Ərkinaz Məmmədovadan şikayətlər daxil olub

Məlumat üçün bildirək ki , bu Ərkinaz Məmmədova ilə bağlı ilk şikayət deyil, mətbuatda 34 saylı TSEK-in sədri Ərkinaz Məmmədovanın qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar mütəmadi olaraq dərc olunur. Bildirilir ki, 34 saylı TSEK-də əlillik pensiyası almaq üçün tələb olunan hər bir sənədin öz qiyməti var . Biz də BTV-yə daxil olan bənzər şikayətləri nəzərə alaraq , Ərkinaz Məmmədovanın münasibətini öyrənməyə çalışdıq. Əməkdaşlarımızla görüşən sədr onları hədələməkdən belə çəkinməyib. O , səslənən iddialara qarşı onu bildirib ki , BTV-ni məhkəməyə verib və heç kəsdən qorxusu yoxdur. Lazımı yerlərdə , arxalandığı yüksək vəzifəli şəxslər var.
Onu da xatırladaq ki , Əmək və Əhalini Sosial Müdafiə naziri Səlim Müslümov öz çıxışlarında məmurları vətəndaşları incitməməyə , onların şikayət və problemlərini qanun çərçivəsində həll etməyə çağırır. Görünür Ərkinaz Məmmədova nazirin çağırışına məhəl qoymur.


Geri qayıt