Əsas Səhifə > Güney Press / Ana xəbər > Ədliyyə Nazirliyi insan alveri qurbanlarına kömək etmir?
Ədliyyə Nazirliyi insan alveri qurbanlarına kömək etmir?29-06-2015, 13:01 |
![]() 26 iyunda qafqaznews.org saytında “Ədliyyə Nazirliyi insan alveri qurbanlarına pulsuz hüquqi yardım göstərmir?” başlıqlı məqalə dəc olunub. Məqalə 26 iyun 2014-cü il tarxdə Azərbaycan Nazirlər Kabinetinin özünün dörd qərarına etdiyi dəyişiklikdən bəhs edir. “Report”un məlumatına görə, dəyişiklik edilən qərarlar siyahısına “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”, “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”, “İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə”si və “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları” daxildir. Dəyişiklik sənədinə əsasən, Ədliyyə Nazirliyinin insan alveri qurbanlarına hüquqi yardım göstərmə səlahiyyəti ləğv edilib. Bundan başqa, dəyişiklikdə insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının qurbanlara hüquqi yardımın göstərilməsinə, o cümlədən onların sosial reabilitasiyasına və qurbanlar üçün xüsusi müəssisələrin (sığınacaq və yardım mərkəzi) fəaliyyətinin təşkil edilməsinə daha yaxından cəlb edilməsi nəzərdə tutulur. Həmçinin dəyişikliklərə xüsusi müəssisə tərəfindən insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə tədbirlərə müqavilə əsasında ştatdan kənar mütəxəssislərin cəlb Рµdilməsi, xüsusi müəssisədə insan alveri qurbanlarına göstərilən xidmətlərin nəticələrinin qeydə alınması və istifadəsi üçün konfidensial elektron məlumat bazasının yaradılması, İnsan alveri qurbanlarına kömək Fondu sədrinin hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlaması (məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış etmək, Fondun adından tələb və iddialar irəli sürmək üzrə) daxildir. (report.az). Dəyişikliklə bağlı “Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bu günədək Ədliyyə Nazirliyi heç bir insan alveri qurbanına pulsuz hüquqi yardım göstərməyib: “ Nazirliyin təqdim etdiyi bütün vəkillər pullu xidmət göstərir. Ancaq qurbanlarda xidmət haqqı üçün pulları olmur. Belə halda xidmət haqqını ya dövlət, ya da hansısa QHT ödəməlidir. Dövlət bu məqsədlə pul ayırmır. Onda QHT-lər yardım göstərməli olur”. 27 iyunda biz həmin mövzunun araşdırılmasını davam etdirmək qərarına gəldik. “İşgəncələr əleyhinə komitə”nin sədri Elçin Behbudov Qafqaz Xəbər Agentliyinə bildirdi ki, uzun müddət Ədliyyə Nazirliyi insan alveri qurbanlarına vəkillər təqdim edirdi, ancaq xidmət haqqını zərərçəkənlər ödəyirdi: “ Ona görə də zərərçəkənlər Ədliyyə Nazirıiyinə müraciət etməkdə maraqlı olmurdular. Onlar özləri də pullu vəkil tapa bilərlər də…”. Vəkil Aslan İsmayılov isə bildirdi ki, əgər insan alveri qurbanı öz hesabına vəkil tutacaqsa, Ədliyyə Nazirliyinin köməyi nə olacaq? Helsinki Vətəndaş Assambleyası Milli Komitəsinin sədri Arzu Abdullayeva isə Qafqaz Xəbər Agentliyinə bildirdi ki, əgər hansısa dələduz, qatil dövlət hesabına vəkillə təmin olunursa, nə üçün insan alveri qurbanı bu hüquqdan məhrum olmalıdır? Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidmətinin başçısı Aydın Ağazadə ilə əlaqə saxlamaq cəhdimiz isə alınmadı. Geri qayıt |