Əsas Səhifə > Güney Press / Ana xəbər > “Əfvlə bağlı yalnız bir-iki həftəyə danışmaq olar”

“Əfvlə bağlı yalnız bir-iki həftəyə danışmaq olar”


26-06-2015, 12:47
“Əfvlə bağlı yalnız bir-iki həftəyə danışmaq olar”
Son günlər əfv fərmanı ətarfında gedən müzakirələr səngimək bilmir. Bu mövzu ilə bağlı tam fərqli fikirlər bildirilir. Belə ki, Nə 28 may, nə də 15 iyun ərəfəsində gözlənildiyinin əksinə olaraq, əfv fərmanı verilmədi. Əksər hüquq müdafiəçiləri əfv fərmanının verilməməsindən narahatdırlar. Gözləntilər var idi ki, Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümündə əfv fərmanı verilə bilər. Amma verilən açıqlamalara görə bu də mümkün deyil. Ümumiyyətlə əfv fərmanının verilməsi məsələsi hələ ki, müəmmalı məsələ olaraq qalır.

Hüquq müdafiəçisi, İşçi qrupunun üzvü Novella Cəfəroğlu Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, bu mövzu ilə bağlı hələ ki, konkret heç bir şey söyləmək mümkün deyil: “Əfvlə bağlı biz əlimizdən gələn və boynumuza düşən hər bir şeyi etmişik. Artıq proseslər bizim iradəmizdən kənardır. Biz hər vaxt əfv fərmanının veriləcəyini gözləyirik. Bu sabah, bir həəftə sonra, iki ay sonra da ola bilər. Amma onu qeyd edim ki, yaxın günlərdə konkret bir şey demək mümkün deyil. Mən əfvlə bağlı bir-iki həftəyə açıqlama verəcəyəm”.

Geri qayıt