Əsas Səhifə > Güney Press / Ana xəbər > “Əgər İŞİD-lə bağlı xəbərin arxasında real şəbəkələşmə varsa...”

“Əgər İŞİD-lə bağlı xəbərin arxasında real şəbəkələşmə varsa...”


26-06-2015, 11:34
“Əgər İŞİD-lə bağlı xəbərin arxasında real şəbəkələşmə varsa...”
İŞİD-in Şimali Qafqazda vilayət yaratması ilə bağlı yayılan xəbərlər digər region ölkələri kimi Azərbaycanda da narahatlıqla qarşılanmaqdadır.
Maraqlıdr, terror qrupunun Şimali Qafqazda vilayət yaratması İŞİD təhlükəsinin Azərbaycan üçün miqyas və reallığının daha da artması kimi qəbul edilə bilərmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu məlum informasiyanın təbliğati məqsəd daşıya biləcəyini vurğuladı:
“Əslində belə bir qurumun yaradılması təbliğati bir məsələ kimi qəbul edilə bilər. Çünki İŞİD bu kimi məsələlərdən daha çox təbliğat məqsədi ilə istifadə edir. Ola bilsin ki, İŞİD öz coğrafiyasını genişləndirdiyini göstərmək istəyir. Göstərmək istəyir ki, öz təsirini yeni və müxtəlif məkanlara yayır. O ki qaldı təhlükəyə, bu təhlükə çoxdan var. Azərbaycandan, Şimali Qafqazdan bəlkə də yüzlərlə, minlərlə insan terror qrupunun tərkibində döyüşürsə, bunun özü artıq təhlükədir. Əgər bu informasiyanın arxasında həqiqətən də ciddi bir şəbəkələşmə dayanırsa, bu, mövcud təhlükənin miqyasını daha da artırır. Əgər bu açıqlama sırf təbliğat xarakterlidirsə, o zaman hesab etmək olar ki, yeni bir şey yoxdur”.

Geri qayıt