Əsas Səhifə > Güney Press / Ana xəbər > Elmar Vəliyev Abbas Abbasovun qardaşı arvadını da işdən çıxardıb
Elmar Vəliyev Abbas Abbasovun qardaşı arvadını da işdən çıxardıb25-06-2015, 15:47 |
|
…Gəncədən Abbasovlara yaxın mənbənin "Təzadlar"a verdiyi məlumata görə, neçə gün əvvəl Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov həbs edilib. Nadir Abbasov Gəncənin keçmiş polis rəisi olub, istefada olan polkovnikdir. Onun bir müddət əvvəl Gəncədə keçmiş "Yeyinti Ticarəti İdarəsi"nə məxsus olmuş ərzaq bazalarında ərzaq və yeyinti məhsulları üçün nəzərdə tutulan soyuducular tikmək üçün kredit götürdüyü bildirilir. Bir neçə gün əvvəl isə onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar və krediti dərhal qaytarması tələb olunub. Mənbə onun hələ də bu idarədə saxlanıldığını bildirir… Abbas Abbasovun qardaşının həyat yoldaşı işdən çıxarılıb… Mənbə onu da bildirir ki, bir neçə gün əvvəl Abbas Abbasovun qardaşı Həmid Abbasovun isə həyat yoldaşı Gəncə İH-nin başçısı Elmar Vəliyev tərəfindən bağça müdiri vəzifəsindən azad olunub. Onun qızı da işdən çıxarılıb. Bağçanın işçiləri bu qərara etiraz əlaməti kimi İH başçısı Elmar Vəliyevlə görüşmək istəyiblər, lakin bu qəbul baş tiutmadığından etirazlarını yazılı şəkildə bildiriblər. Həmin müraciəti tezliklə redaksiyamıza göndərəcəkləri bildirilir. Geri qayıt |