Əsas Səhifə > Güney Press / Ana xəbər > 445 manata traktor, 3778 manata "Mercedes"
445 manata traktor, 3778 manata "Mercedes"25-06-2015, 14:16 |
![]() Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 21-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Lent.az avtosfer.az-a istinadən xəbər verir ki, iyulun 21-də keçiriləcək hərraca 24 ədəd avtomobil çıxarılacaq. Hərracda ən köhnə avtomobil 1987-ci il istehsalı olan В«Traktor T-40В» 445 manata, ən yeni avtomobil (2005-ci il istehsalı) В«QAZ-31105-120В» isə 1784 manata auksiona çıxarılacaq. Bundan əlavə, 1993-cü il istehsalı olan В«Mercedes Benz E 320В» start qiyməti 3778 manat, 1998-ci il istehsalı olan В«Nissan MaximaВ» 1463 manata hərraca çıxarılacaq. Qeyd edək ki, hərracda В«Traktor MTZ-80В», В«ZİL-MMZВ» və В«QAZВ» markalı avtomobillərin müxtəlif növləri də yer alacaq. Xatırladaq ki, В«Nissan MaximaВ» 5-ci dəfə 50% endirimlə hərraca çıxarılacaq. Məlumat üçün bildirək ki, Bakının avtomobil bazarında 1998-ci il istehsalı olan В«Nissan MaximaВ»nın qiyməti 2 500 dollar və ya 2 620 manatdır. Geri qayıt |