Əsas Səhifə > Güney Press / Ana xəbər > "Almaniya ilə Azərbaycanın arasındakı gərginliyi ABŞ yaradır"

"Almaniya ilə Azərbaycanın arasındakı gərginliyi ABŞ yaradır"


25-06-2015, 12:22
"Almaniya ilə Azərbaycanın arasındakı gərginliyi ABŞ yaradır"
“Azərbaycanla Almaniyanın arasında qəsdən gərginlik yaratmaq istəyənlən var”.

Bu fikri Hafta.az-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, əslində Almaniya ilə siyasi münasibətlərimiz yüksək səviyyədədir:

“Düşünmürəm ki, Azərbaycanla bağlı söylənənlər Almaniyanın müstəqil siyasətidir. Tarixən Azərbaycanın Avropa ilə əlaqələri dedikdə, hər zaman ilk növbətə almanlar yada düşüb. Avropa sözü Almaniya sözü ilə asossasiya olunub. Azərbaycanda ilk sənayeni quranlar da almanlar olublar. 9-cu əsrin sonlarından bu günə qədər Almaniya xalqına qarşı bizim xüsusi münasibətimiz olub. Onlar eyni zamanda Türkiyə ilə də yaxın siyasi əlaqədə olublar. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev ATƏT-in Həmsədrlik institutu yaranan dövrdə, böyük vaxt, siyasət sərf etdi ki, Almaniya ilə münasibətləri qursun. İndi bütün bunları nəzərə alaraq hesab edirəm ki, ABŞ-da müəyyən qüvvələr var ki, Almaniya ilə Azərbaycan arasında gərginlik yaratmaqla düşünürlər ki, ölkəmizin Avropaya gedən yolunu bağlayacaqlar. Onlar Almaniya barəsində Azərbaycan xalqında olan müsbət fikrə zərbə vurmaq niyyətindədirlər. Onlar “Eurovision” mahnı müsabiqəsində də Almaniyanı ortaya atmışdılar”.

Politoloq Almaniya ilə Azərbaycan arasındakı münasibətlər barəsində aşağıdakıları söyləyib:

“Eləcə də bizim onlarla münasibətlərimiz indi də yüksək səviyyədədir. Bu ilin yanvar ayında cənab prezident İlham Əliyev Almaniyanın konsleri ilə görüşdü. Angela Merkelə ATƏT-in Minsk qrupunda həmsədr olmaq təklif edilən kimi o razılıq verdi. Yəni, bu özü də münasibətlərin yüksək səviyyədə olmasını göstərən faktdır. Angela Merkel may ayında keçirilən Avropa İttifaqının Riqa sammitində Sarkisyanı məcbur etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanısın. Belə bir halda bəzi xarici qüvvələr başa düşürlər ki, Almaniya ilə münasibətlərimizin dərinləşməsi onların güddüyü mənafeyə qarşıdır. Bu səbəbdən Avropa Oyunlarından istifadə edərək, qarışıqlıq yaratmaq istəyirlər. Avropa Oyunları ərəfəsində Azərbaycanda dünyanın diqqətinin cəmləşməsindən istifadə edib, neqativ informasiyalar yaratmağa çalışırlar. Almaniyanın özündə də bir qrup siyasətçi, mətbuat hətta dövlət rəsmilərindən də bəziləri hesab edirlər ki, dünyanı və Avropanı idarə edən Amerikadır. Almaniyanın Avropa idarəçiliyində rolunu heçə sayırlar. İndi həmin adamlardır ki, Amerikanın ortaya qoyduğu ideyaya dəstək verirlər. Məhz qeyd etdiyim şəxslərin, mətbuatın sayəsində Azərbaycana qarşı neqativ məlumatlar yayılır. Bu isə həqiqəti əks etdirmir”.

Geri qayıt