Əsas Səhifə > Güney Press / Ana xəbər > Novruz Məmmədovdan İrəvandakı etirazlara şok reaksiya

Novruz Məmmədovdan İrəvandakı etirazlara şok reaksiya


25-06-2015, 09:43
Novruz Məmmədovdan İrəvandakı etirazlara şok reaksiya
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistanda baş verən iğtişaşlardan yazıb.

AzVision.az-ın məlumatına görə, Novruz Məmmədov bu barədə özünün tvitter səhifəsində bildirib ki, Ermənistan müsəlman ölkəsi olmadığından bütün xarici mətbuat susqunluq nümayiş etdirir:

“İrəvanda baş verənlərin 1/10 Bakıda olsaydı bizim "qayğımızı çəkənlər” bir ay susmazdılar. Amma indi “CNN”, “BBC”, “Guardian”, “İndependent”, “Amnesty İnternational”, “HRW”, “Freedom House” və digərləri görün necə susurlar. İkili standartın göstəricisi budur. Çünki Ermənistan müsəlman ölkəsi deyil”.

Geri qayıt