Əsas Səhifə > Güney Press / Ana xəbər > Şamaxı Rəsədxanasının rəhbəri işdən çıxarıldı
Şamaxı Rəsədxanasının rəhbəri işdən çıxarıldı24-06-2015, 15:14 |
![]() AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın strukturunda bəzi kadr dəyişiklikləri müzakirə olunacaq. Report xəbər verir ki, dəyişikliyə əsasən, AMEA-nın müxbir üzvü Əyyub Quliyev akademiyanın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib. Qərara əsasən, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Rəsədxananın direktor vəzifəsini icra edən təyin olunub. Eyni zamanda, akademik Adil Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad edilib. Fizika elmləri doktoru Oqtay Səmədov institutun direktoru vəzifəsini icra edən təyin olunub. Geri qayıt |