Əsas Səhifə > Güney Press / Ana xəbər > Zakir Qaralov prokuroru işdən azad etdi

Zakir Qaralov prokuroru işdən azad etdi


24-06-2015, 10:40
Zakir Qaralov prokuroru işdən azad etdi
Bakı şəhəri, Qaradağ rayonunun prokuroru Fəxrəddin Pənahov vəzifəsindən azad olunub.

Bu barədə Report-a prokurorluq orqanlarından bildirilib. Bununla bağlı baş prokuror Zakir Qaralov əmr imzalayıb.

F.Pənahov Respublika Baş Prokurorluğunda yüksək vəzifəyə təyin olunub.

Qeyd edək ki, F.Pənahov Qaradağ rayonunun prokuroru olmazdan əvvəl Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi vəzifəsində çalışıb.

Geri qayıt