Əsas Səhifə > Güney Press / Ana xəbər > "İlham Mirzəyevə məxsus “İlhamMed” klinikası bağlanmayıb"
"İlham Mirzəyevə məxsus “İlhamMed” klinikası bağlanmayıb"18-06-2015, 12:56 |
![]() “İlham Mirzəyevə məxsus “İlhamMed” klinikası bağlanmayıb. Sadəcə fəaliyyəti müvəqqəti olaraq dondurulub. Mənim ixtisasım olmadığına görə, klinikanı işlədə bilmirəm. Amma özü sağ-salamat çıxandan sonra işinə davam edəcək” Bunu AzVision.az-a açıqlamasında həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevin həyat yoldaşı Ruhəngiz Mirzəyeva deyib. Onun sözlərinə görə, İ. Mirzəyev vəkilini dəyişib: “Hazırda ailəliklə İlhamın yanına gedirik. Oğlu da, qızı da yanımdadı. Ad gününü qeyd edəcəyik. Sənət yoldaşları arada ona baş çəkirlər. Həftə ərzində evlə danışır. Elə bir xüsusi istədiyi bir şey yoxdur. Deyirlər guya klinikamız əlimizdən alınıb. Yalan və şayiədir. Heç kim klinikanı əlimizdən almayıb”. Qeyd edək ki, İ. Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. İ. Mirzəyev vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq tutulub. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə məşhur teleaparıcı 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Geri qayıt |