Əsas Səhifə > Güney Press / Ana xəbər > Üç azərbaycanlı tələbə PKK-ya qoşuldu

Üç azərbaycanlı tələbə PKK-ya qoşuldu


15-06-2015, 14:14
Üç azərbaycanlı tələbə PKK-ya qoşuldu
Hələ aprel ayında Ankarada yoxa çıxan 3 azərbaycanlı tələbənin İraqda PKK düşərgəsində olması ilə bağlı məlumatlar yayılıb.

Belə ki, İldırım Bayazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Universitetinin tələbəsi Mobil və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn adlı şəxslərin yoxa çıxması iddia edilir.

Tələbələrin ailələri mediaya bildiriblər ki, üç aydan çoxdur övladları ilə əlaqələri yoxdur. Azərbaycan və Türkiyənin hüquq-mühafizə orqanları tələbələrin hansı şəraitdə yoxa çıxması barədə məlumat vermir.

Bu il iyunun 6-da Youtube sosial şəbəkəsində “anfvideo” tərəfindən “Azeri gençler PKK saflarında 1” adı altında özünü azərbaycanlı tələbələr kimi təqdim edən 3 şəxslə video müsahibə (https://www.youtube.com/watch?v=Y3dnetx0gKc) yayılıb. Onlar PKK-ya xas olan geyimdədir, çiyinlərində “Kalaşnikov” avtomatı var. Video müsahibədə gənclər Azərbaycandan oduqlarını, Türkiyə universitetlərində təhsil aldıqlarını və PKK-ya qoşulduqlarını təsdiq edirlər. Onlar özlərini İldırım Bayazit Universitetinin tələbəsi Fərəməz Azəri, Turqut Ozal Universitetinin tələbəsi Babək Hakır, Balıkesir Universitetinin tələbəsi Azad Mirkan kimi təqdim edirlər.

Yayılan videolardakı adlar və soyadlarla video müsahibədə təqdim olunan adlar və soyadlar uyğun gəlmir. Ehtimal etmək olar ki, hər üç şəxs ad və soyadını yanlış təqdim edib və ya özlərinə kod adları (şərti ad) seçiblər.

Təqdim edilən videonun həqiqətə uyğun olub-olmadığını da hələ müəyyən etymək mükün deyil. Hüquq-mühafizə orqanları video ilə bağlı şərh verməyiblər.

Azərbaycanın Türkiyədəki səfirliyi Sənan Güləhmədovun yoxa çıxmasını yerli mediaya təsdiq edib. Digər iki tələbə barəsində isə məlumatın olmadığını bildirib ("Turan").


Geri qayıt