Əsas Səhifə > Güney Press / Ana xəbər > Türkiyədə koalisiya hökuməti üçün ilk addım atıldı

Türkiyədə koalisiya hökuməti üçün ilk addım atıldı


10-06-2015, 12:23
Türkiyədə koalisiya hökuməti üçün ilk addım atıldı
Türkiyədə parlament seçkilərindən sonra koalisiya ehtimalının gündəmə gəlməsi ilə bağlı ilk addım atılıb.

Avropa.info xəbər verir ki, mətbuatda yayılan xəbərlərə görə AK Partiya ilə CHP-nin MHP ilə gizlicə görüşdüyü iddia olunur.

Baş nazir Əhməd Davudoğlunun qanuna uyğun olaraq dünən prezident Ərdoğana istefasını təqdim etməsindən sonra bir aktivlik yaşanır.

İrəli sürülən iddialara görə AK Partiya ilə MHP arasında da müəyyən görüşlər keçirilərək məsələnin həlli yolları müzakirə olunub.

AK Partiya mümkün olacaq vəzifə bölgüsü üçün MHP-yə müraciət etməyə mane olan bir vəziyyətin olub-olmadığını öyrənmək üçün araşdırmalar aparıb.

CHP lideri Kamal Kılıçdaroğlunun "CHP-MHP-HDP" koalisiyası üçün mesaj verməsindən sonra Ankaranın siyasi aktivlik daha da artıb.

CHP "CHP-MHP koalisiyasına HDP-nin xaricdən dəstək verməsi" variantının önə çıxdığı bütün koalisiya variantları haqqında hər iki partiyanın görüşünün öyrənilməsi üçün işə başlayıb.

Kılıçdaroğlunun tapşırığı ilə CHP və MHP-nin prezidentliyə vahid namizədi Əkmələddin İhsanoğlunun kampaniyasında vəzifəyə gələcək olan bəzi CHP üzvləri MHP ilə görüşüblər.

HDP-nin CHP-MHP koalisiyasına dəstək verib-verməyəcəyi isə hələ ki, tam olaraq məlum deyil.

Geri qayıt