Əsas Səhifə > Güney Press / Ana xəbər > Yeni fırıldaq: Azərbaycandan qaçan bizi aldadır
Yeni fırıldaq: Azərbaycandan qaçan bizi aldadır9-06-2015, 16:13 |
|
İnterpolda axtarışda olan və hazırda isə məhkəmədən qaçıb Almaniyada gizlənən Riyad Əliyev hələ də cinayət əməlini davam etdirir. Onun cinayətləri ölkədən xaricdə də asanlıqla həyata keçir. Facebook-da yayılan məlumata görə, R.Əliyev bəzi soydaşlarımıza "oturum vermə işi ilə məşğul olan Federal Büro - "Bundesamtda" adamımız var, sizə oturum alacağıq" deyə vədlər verərək, külli miqdarda pul alır. Milli.Az xəbər verir ki, R.Əliyev Azərbaycanda etdiklərini indi də Almaniyada təkrarlamaqla məşğuldur. Avropa ölkələrində oturumu yalnız dövlət verir. Bu orqanlar isə tam müstəqildir, hətta ən yüksək səviyyədə tapşırıqlara, xahişlərə belə məhəl qoyulmasa da, R.Əliyev belə fırıldağa əl atır. Geri qayıt |