Əsas Səhifə > Güney Press / Ana xəbər > “Ramazanda əfv olması istisna deyil”
“Ramazanda əfv olması istisna deyil”9-06-2015, 16:06 |
![]() “Bizə daxil olan müraciətləri Əfv Komissiyasına göndəririk. Onlar da zəruri materialları toplayır və sənədlər hazırlayır.Əfv Komissiyasının hansı qərara gələcəyi və prezidentin kimləri əfv edib-etməyəcəyi barədə isə dəqiq heç nə demək olmaz”. Bunu virtualaz.org saytına açıqlamasında İnsan Hüquqları üzrə birgə İşçi Qrupun üzvü Əliməmməd Nuriyev deyib. Əfv sərəncamı imzalanmasının prezidentin müstəsna səlahiyyəti olduğunu vurğulayan Ə.Nuriyev növbəti sərəncamın nə vaxt veriləcəyinin hələ dəqiq bəlli olmadığını söylədi: “Müstəqillik əldə olunandan bəri təxminən 57 əfv sərəncamı imzalanıb və 6 minə yaxın adam azadlığa buraxılıb. Bir qayda olaraq isə əfv sərəncamları yubiley tədbirləri və bayramlar ərəfəsində olur. Ona görə də Ramazan bayramı, yaxud da 15 iyun Qurtuluş günü ərəfəsində sərəncamın olması istisna deyil”. Geri qayıt |