Əsas Səhifə > Güney Press / Ana xəbər > 289 saylı uşaq bağçasında böyüklər problem yaradır...

289 saylı uşaq bağçasında böyüklər problem yaradır...


9-06-2015, 15:38
289 saylı uşaq bağçasında böyüklər problem yaradır...
2013-cü ildə Buzovna qəsəbəsində 289 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışı oldu. Bağçanın açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edirdilər. 1976-cı ildən fəaliyyət göstərən bağça “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq yenidən qurulub. Yenidənqurma işləri nəticəsində burada uşaqlar üçün yüksək şərait yaradılıb.
Amma burada böyük bir əmma var… Bizimxeber.az-ın araşdırmasına görə, müdirə Təranə Zeynalova bu bağçada uşaqlarını qəbulu məsələsində kifayət qədər “diqqətlidir”. Təranə xanımın işçilərdən hər gün tələb etdiyi məsuliyyəti gərək hərdən özündə də hiss etsin…
Lakin aldığımız məlumatlarda Təranə Zeynalovanın məsələyə tam fərqli yanaşma tərzi nümayiş etdirdiyi qeyd olunur.
Təranə Zeynalovanın rəhbərlik etdiyi bu müəssisədə rüşvət yığımları bu gün olduqca yüksək həddə çatıb. İlk növbədə övladlarını həmin müəssisəyə yazdırmaq istəyən valideynlər təxminən 300-500 manat məbləğində xərc çəkmək məcburiyyətindədirlər. Əks halda “yerimiz yoxdur” cavabı ilə qarşılaşacaqlar. Sonradan reallaşacaq aylıq ödənişlər, əlamətdar günlər münasibəti ilə yığılan pullar və digər xərclər də öz yerində.
Digər məlumata görə, 289 saylı bağçada “bağça fondu”nun hesabına və tərbiyyəçi-müəllimlərin mükafatlandırılmasına hər uşağa görə valideynlərdən ayda 50-60 manat pul yığılır. Biz ötən yazılarımızda da qeyd etmişdik ki, ölkəmizdəki uşaq bağçalarının fəaliyyəti hər zaman ictimaiyyətin tənqidinə tuş gəlib və bu tendensiya indi də davam etməkdədir. Bu gün isə uşaq müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq icra orqanlarının tabeliyinə verilməsi bir çox rüşvətxor bağça müdirləri üçün əlavə imkanlar yaradır. Göründüyü kimi bəzi müəssisə rəhbərləri öz qanunsuz fəaliyyətlərini daha da genişləndirmək qərarına gəliblər.
Elə isə, vətəndaşlar qarşısına çıxaraq pafoslu fikirlər səsələndirən Bakı meri Hacıbala Abutalıbov hara baxır? Və yaxud Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva uşaq bağçasının açılışı zamanı səsləndirdiyi fikirləri müdirə Təranə Zeynalova eşitmirdimi? Əgər xanım Əliyevanın dediklərini eşitmişdisə niyə əməl etmir? Kimdir müdirə xanımı hər uşağa görə valideyndən 300-500 manat almağa vadar edən? Hacıbala Abutalıbovmu? Meriyada bu işlərə nəzarət erdən Eldar müəllimmi? Yoxsa kim? Bəlkə…
Yoxsa gözdən uzaq, könüldən xoş pul qazandıqlarını kimsə görmürmü? Və yaxud, katibəsi nazir kimi danışan, “Eldar müəllim balaca adam deyil” deyən meriyanın bağçalara nəzarət etmək üçün olan Eldar adlı işçisi nə iş görür? Bəlkə, xanım Zeynalovanin uşaqların qəbulundan yığdığı rüşvətdən Eldar müəllimin xəbəri yoxdur? Buna inanmaq çətindir… Əgər T.Zeynalova o pullardan Eldar müəllimə verməsəydi yəqin ki bu qədər şikayətlərdən sonra Eldar müəllim bir nəticə çıxarardı? Və yaxud çoxdan işdən uzaqlaşdırılmışdı…
Elə isə, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına və Hesdablama Palatasının aidiyyatı üzrə qurumlarına bir fakt. Sadəcə gedib Buzovnadakı 289 nömrəli körpələr evi-uşaq bağçasında baş verənləri özününz gözünüzlə görün. Görün ki, T.Zeynalova o bağçada nələr edir…
Mövzunu davam etdirəcəyik…

Geri qayıt