Əsas Səhifə > Güney Press / Ana xəbər > Hansı QHT rəhbərləri deputat seçilmək istəyirlər?

Hansı QHT rəhbərləri deputat seçilmək istəyirlər?


9-06-2015, 10:00
Hansı QHT rəhbərləri deputat seçilmək istəyirlər?
Bu ilin noyabr ayında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Qeyri-hökumət təşkilatlarının rəhbərlərindən kimlər deputatlığa namizədliyini irəli sürəcək?

Modern.az saytı bu sualla QHT rəhbərlərinə müraciət edib.

Dünya Türk Gənclər Birliyinin sədri Əkrəm Abdullayev:

“Namizədliyimi verib-verməməklə bağlı tam qərar qəbul eləməmişəm. Seçkilərə kifayət qədər vaxt var. 2005-ci ildə Yeni Azərbaycan Partiyası namizədliyimi irəli sürmüşdü. Həmin seçkidə də qalib gəlmişdim. Amma sonra seçkilərdə iştirak etməmişəm”.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev:

“Bu barədə fikirləşirəm. Hələ ki tam qərarımı verməmişəm”

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı:

“Bu barədə bir qərarım yoxdur. Namizədliyimi verə bilərəm. Bunu seçki ərəfəsində müəyyənləşdirəcəyəm”.

Geri qayıt