Əsas Səhifə > Güney Press / Ana xəbər > Öldürülən bələdiyyə sədrinin bu gün ad günü imiş...

Öldürülən bələdiyyə sədrinin bu gün ad günü imiş...


8-06-2015, 11:09
Öldürülən bələdiyyə sədrinin bu gün ad günü imiş...
DİA.AZ: - Məlum olduğu kimi, bu gün Azərbaycan gözünü daha bir dəhşətli olaya açdı. Belə ki, Abşeron rayon Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı qətlə yetirilib.
DİA.AZ-a verilən məlumata görə hadisə gecə saatlarında onun yaşadığı Saray qəsəbəsindəki evdə qeydə alınıb. Belə ki, qatillər onun başını kəsib, həyat yoldaşının isə güllə ilə ürəyindən vurublar. Üstəlik, izi itirmək üçün evi yandırıblar. Hazırda mərhumların meyidləri Sumqayıt şəhər 1 saylı təcili tibbi yardım xəstəxanısının morqundadır. Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, cinayət işi başlanıb, istintaq gedir.

Hadisəni törədən 1980-cı il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Artıq polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

DİA.AZ-a məlum olan xəbərə görə, bu gün Vəsilə Əbilhəsənova 39 yaşını qeyd edəcəkdi. Onun əvvəllər Abşeron rayon təhsil idarəsində də işlədiyi bildirilir.

Allah rəhmət eləsin...

Geri qayıt