Əsas Səhifə > Güney Press / Ana xəbər > Yanğına səbəb gizli elektrik xətti olub?!

Yanğına səbəb gizli elektrik xətti olub?!


4-06-2015, 11:26
Yanğına səbəb gizli elektrik xətti olub?!
Bakının Binəqədi rayonunda 15 nəfərin öldüyü yanan binaya yenidən baş çəkdik. Dəhşətli yanğın zamanı yararsız vəziyyətə düşən, hazırda söküntü işləri aparılan binanın vəziyyəti ilə maraqlandıq.

Ətraf hasara alınmışdı. Binada hələki söküntü işləri aparılırdı. Ərazidə bizdən və var gücü ilə işləyən fəhlələrdən, ustalardan başqa heç kim gözə dəymirdi.

Jurnalist olduğumuzu bilən iş icraçısı binaya yaxınlaşmağa icazə verilmədiyini dedi. Qeyd etdi ki, bina qəzalı vəziyyətdə olduğundan içəri daxil olmaq olmaz. İş prosesini sadəcə kənardan müşahidə edə bilərik.

Yanğına səbəb gizli elektrik xətti olub?!

Bizimlə söhbət edən iş icraçısı nə illah etdiksə, özünü təqdim etmədi. Bildirdi ki, göstəriş verilib mətbuata ancaq şirkət rəhbərliyi özü məlumat verə bilər.

Fəhlələrin toplanmasına, binada işin təşkil olunmasına nəzarət edən şəxslərdən biri ilk növbədə binada pilləkənlərin tikilməsindən şikayətləndi.

“Bu binanı tikəni mütləq güllələmək lazımdır. 80 sm-lik pilləkan olar? Nə girə bilirik, nə çıxa bilirik. Hərəkət etmək olmur. Zülüm çəkirik”.

İş icraçısı ilə söhbət zamanı binada söküntü işlərinin nə zaman başa çatacağını soruşduq.

“Allahın köməkliyi ilə söküntünü bir həftəyə başa çatacaq, sonar təmirə başlayacağıq. Təmir haçan bitəcək, bunu Allah bilir. Dövlətin qrafiki var. Qrafik əsasında işimizi görürük”.

Həmsöhbətimiz Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun, eləcə də evi yanan sakinlərin son günlər ora baş çəkmədiyini vurğuladı.

“Əvəllər bizə işləmək lap çətin idi. Hər gələn-gedən ev sakini ilə birlikdə ağlayırdıq. Sökünütünü iki dəqiqəlik saxlayırdıq ki, gedib evlərinə baxsınlar, heç olmasa bir az təskinlik tapsınlar. Onları görəndə hər dəfə biz də ölüb-dirilirdik. Böyük faciədir. Həzm etmək çətindir. İndi gələnlərin sayı nisbətən azdır. Gəlib neyləsinlər, əllərindən nə gəlir ki?”

Yanğına səbəb gizli elektrik xətti olub?!

Söhbət əsnasında nəzarətçi yanğının səbəbləri haqda ilginc məqamlara toxunub.

“Hərə bir söz deyir. Biri deyir, binanı bilərəkdən yandırıblar, biri deyir “penoplast”dan yanıb. Əgər kiməsə binanı yandırmaq lazım olsaydı, gündüz niyə edirdi ki? Elə gecə edərdi, bir kimsə də içindən çıxa bilməzdi. Yanğına səbəb kimi “penaplast”, təxribat , bir də işıq sistemində qısa qapanma göstərilir.

Yanğına səbəb gizli elektrik xətti olub?!

Diqqət edib, niyə bir adam soruşmur ki, bina sakinlərindən biri ayda 100 manat, digəri isə 9 manat işıq pulu ödəyirmiş. Xeyir ola? Sən paltaryuyan maşın və başqa heç nə işlətmirsən? Niyə 9 manat işıq pulu yazılır”.

Yanğına səbəb gizli elektrik xətti olub?!

“Siz bunları haradan bilirsiniz?” sualına nəzarətçi belə cavab verdi: “Bu məlumatlar işıq idarəsindən verilib. Məlumatlar var ki, kim nə qədər keçirdirmiş”.

-Bunun yanğınla nə əlaqəsi?

- Eh…sizə mənim kimi yaşlanmağı arzulayıram. Bunu millətdən gizlətmək olmaz, əlbəttə ki, bilinəcək. Çox güman ki, kimsə qanunsuz işıq xətti işlədirmiş. Ehtimal edilir ki, yanğından bu səbəbdən olub. Vaxt gələcək hər şey bilinəcək, narahat olmayın.

Qeyd edək ki, mayın 19-da baş verən faciə nəticəsində 15 nəfər dünyasını dəyişib.

Yanğına səbəb gizli elektrik xətti olub?!

Geri qayıt