Əsas Səhifə > Güney Press / Ana xəbər > Tağı Əhmədov YAP-da sədr olmaq istəyir
Tağı Əhmədov YAP-da sədr olmaq istəyir4-06-2015, 10:49 |
![]() İyunun 6-da Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının İdarə Heyətinin iclası keçiriləcək. AzVizon.az-ın xəbərinə görə, iclasda təşkilati məsələlərlə yanaşı, boş qalan sədr yerinə seçki keçiriləcək. Qeyd edək ki, hazırda YAP Yasamal rayon təşkilatına sədr müavini Tağı Əhmədov rəhbərlik edir. Əldə etdiyimiz məlumata görə, sədr postu uğrunda Tağı Əhmədovun özü də mübarizə aparacaq. Hətta onun sədr seçiləcəyi bildirilir. Xatırladaq ki, hakim partiyanın Yasamal rayon təşkilatının sədri, keçmiş deputat Fikrət İsmayılov martın 31-də dünyasını dəyişib. Geri qayıt |