Əsas Səhifə > Güney Press / Ana xəbər > Yanan binaya görə daha bir məmur dindirilib?
Yanan binaya görə daha bir məmur dindirilib?4-06-2015, 10:31 |
![]() Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktoru Akif Əlibəyov bu gün səhər saatlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə aparılması ilə bağlı xəbərlər yayılıb Onunla birlikdə mərkəzin rəhbərliyinə daxil olan bir neçə şəxs və laboratoriya müdirinin də saxlanıldığı deyilir. RGEM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Qədirli məsələyə aydınlıq gətirib. O, azvision.az-a açıqlamasında bildirib ki, məlum hadisə ilə bağlı istintaqa informasiya təqdim edilib. “Hazırda Akif Əlibəyov iş başındadır. Kimsə bu xəbəri təxribat məqsədi ilə yayıb. Mərkəz ekspert rəyi verib. Həm prokurorluğa, həm də Komissiyaya insidentlə bağlı tam informasiya təqdim olunub”. Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib. Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Xatırladaq ki, A.Əlibəyov həm də Səhiyyə Nazirliyinin Kolegiyasının üzvüdür. Geri qayıt |