Əsas Səhifə > Güney Press / Ana xəbər > "Azəryolservis"dən Ucar sakininə müjdə...
"Azəryolservis"dən Ucar sakininə müjdə...2-06-2015, 14:33 |
![]() DİA.AZ: - Az əvvəl Ucar sakininin "Azəryolservis"lə bağlı narazılığını ictimailəşdirmişdik. Bununla əlaqədar DİA.AZ-a qurumdan informasiya daxil olub. Məlumatda deyilir: "Ucar rayonu Gəraybəyli kənd sakini Cəbrayılova Gültəkin İnşallah qızı tərəfindən sizin redaksiyanıza daxil olan və sizin tərəfinizdən qarşı tərəfin, yəni Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in mövqeyi öyrənilmədən dər olunan məqaləyə cavab olaraq bildirmək istəyirəm ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həyata keçirilən Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun tikintisi layihəsi çərçivəsində vətəndaş Cəbrayılova Gültəkin İnşallah qızına məxsus təmir sexi tikinti sahəsindən kənarda yerləşir. Bu üzdən həmin şəxsə kompensasiyanın ödənişi nəzərdə tutulmayıb. Lakin baxmayaraq ki, sözügedən təmir sexi tikinti sahəsindən kənarda yerləşir, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həmin obyektə giriş-çıxış təmin olunacaq. Hörmətlə: Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli" Geri qayıt |