Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanlı oliqarxların işinə İnterpol da qoşuldu

Azərbaycanlı oliqarxların işinə İnterpol da qoşuldu


29-05-2015, 12:53
Azərbaycanlı oliqarxların işinə İnterpol da qoşuldu
Axtarışa verilmiş iş adamı Fərid Quliyev artıq bir ildən çoxdur ki, “Computex” mağazalar şəbəkəsinin sahibi deyil.

Bunu virtualaz.org saytına açıqlamasında “Veys El” ASC-nin təsisçisi Oqtay Veysov bildirib.

O.Veysovun sözlərinə görə, Fərid Quliyev 2014-cü ilin aprel ayına qədər bu mağazalar şəbəkəsinin sahibi olub.

“Düz bir ildir ki, “Veys El” ASC “Computex”i ticarət markası kimi patentləşdirib və bu ad altında fəaliyyət göstərir. Hal-hazırda bu ad altında iki mağaza işləyir” - deyə O.Veysov bildirib.

Qeyd edək ki, bu günlərdə İnterpolun saytında Azərbaycan hüquq-mühafizə orqanlarının ölkədən qaçan sahibkar Fərid Quliyevi axtarması barədə məlumat yerləşdirilmişdi. Xəbərdə deyilirdi ki, biznesmen vergidən yayınmaqda ittiham olunur.

Geri qayıt