Əsas Səhifə > Güney Press / Ana xəbər > İş adamlarının həbs dairəsi genişlənəcək
İş adamlarının həbs dairəsi genişlənəcək27-05-2015, 13:30 |
|
İş adamlarının həbs dairəsi genişlənəcək. Bu barədə Hafta.az-a daxil olan məlumatda bildirilib. Məlumata görə, 6 milyardlıq vəsaitin hazırda həbsdə olan iş adamları Rəşad Məmmədov, Hacı İbrahim Nehrəmli, Nizami Piryev və digərləri tərəfindən kredit borcları halında mənimsəməsi çox bağlı sirlərin açılmasına səbəb olub. Lakin mənbəmizin sözlərinə görə, həbs olunanların çevrəsi əsasən kredit borcu götürən və ödəniş etməyən iş adamları ilə məhdudlanacaq. Əlavə şəxslərin isə həbs olunması gözlənilmir. Sadəcə olaraq, dövlət bütün gücünü ortaya qoyaraq, iş adamlarının etdiklərinin hesabını ödəməsi üçün çalışır. Son günlər “Azərenerji” prezidenti Etibar Pirverdiyevin də istintaqa cəlb edilməsi ilə bağlı xəbərlər intensivləşib. Onun DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılacağı söylənilsə də, mənbəmiz bunu əsassız adlandırdı. Məlumatımıza görə, Etibar Pirverdiyevin adını Bayraq Meydanı İdarəsinin sabiq rəhbəri, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov dindirilmə zamanı çəkib. Onun idarəyə çağırılacağı xəbəri də buradan qaynaqlanıb. Mənbəmiz bildirir ki, dövlət bu məsələ ilə bağlı bütün gücünü ortaya qoymaqla yanaşı, əməliyyat prosesində hər detal dəqiqliyi ilə yoxlanılır. Etibar Pirverdiyevin də BMCMİ-yə çağırılması bu qəbildən olan haldır: “Ölkənin ümumi büdcəsi 19 milyard manatdır. Bizim iş adamlarının da əlində olan vəsait 6 milyarddır. Lakin Etibar Pirverdiyev, eləcə də digər qanunla işləyən iş adamlarına bunun heç bir dəxli yoxdur. Etibar Pirverdiyev həbs olunmayacaq”. Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, Etibar Pirverdiyev Rəşad Məmmədovla biznes ortağı olub. Dövlət Bayrağı Meydanı kompleksinin tikintisi layihəsini baş podratçı qismində Pirverdiyevin nəzarətində olan “Azenco” şirkəti həyata keçirib. “Azİmport” şirkəti isə bu layihədə əsas podratçıdır. Yayılan xəbərlərə görə, Dövlət Bayrağı Meydanı kompleksinin yerləşdiyi ərazidəki obyektlərin, yaşayış binalarının söküntüsünü də “Azenco”nun sifarişi əsasında “Azİmport” həyata keçirib. Yəni sökülən obyektlərə və evlərə görə dövlət büdcəsindən ayrılan kompensasiyalar bu iki şirkətin əli ilə mənimsənilib. Geri qayıt |