Əsas Səhifə > Güney Press / Ana xəbər > Polisin bacısını oğurlayan sələfilərin işi yenidən məhkəmədə
Polisin bacısını oğurlayan sələfilərin işi yenidən məhkəmədə22-05-2015, 12:46 |
![]() Sumqayıt Apelyasiya Məhkəməsində qanunsuz odlu silah saxlamaqda və adam oğurluğunda təqsirləndirilən Quba rayon sakinləri Vəfanur Məmmədov, onun qardaşı Vəfadar Məmmədov və Nizami Nəcəfovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Nazim Mövsümov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları, apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. Məhkəmə baxışı iyunun 2-nə təyin olunub. Təqsirləndirilən şəxslər qanunsuz silah saxlama, gəzdirmə və Qubanın Nügədi kənd sakini Mərziyyə Osmanovanı oğurlamağa cəhddə ittiham olunurlar. İttihama görə, Vəfadar Məmmədov Nizami Nəcəfov və Vəfanur Məmmədovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə Quba rayonu, II Nügədi kənd sakini Osmanova Mərziyyə Atamoğlan qızının oğurlanmasını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən döyüş sursatları və partlayıcı maddələr əldə edib saxlamaqla adam oğurluğuna hazırlıq cinayəti törədiblər. Onu da qeyd edək ki, Mərziyyə Osmanova Quba Rayon Polis Şöbəsi əməkdaşının bacısıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəfanur Məmmədov 6 il 6 ay, Vəfadar Məmmədov 7 il, Nizami Nəcəfov isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar həmin hökmün ləğv edilməsini, barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər. Geri qayıt |