Əsas Səhifə > Güney Press / Ana xəbər > Mənzili yanmış sakindən icra başçısının üzünə sərt ittihamlar
Mənzili yanmış sakindən icra başçısının üzünə sərt ittihamlar20-05-2015, 14:41 |
|
Vətəndaş icra başçısına: "Yandırmısan, indi cavab ver!" Azadlıq prospektində yanan binaya baş çəkməyə gələn Bənəqədi İh başçısı Xaləddin İskəndərovla zərərçəkənlər arasında mübahisə yaranıb. Ölkə.az-ın hadisə yerindəki müxbiri xəbər verir ki, icra başçısına etiraz edən vətəndaşlar onu baş verənlərdən cavabdeh biliblər. Bir bina sakini isə İskəndərova: "Yandırmısan, indi cavab ver!" deyə etirazını bildirib. Xatırladırıq ki, mənzilləri yanan vətəndaşların qalması üçün ayrılmış evlər uzaq olduğundan sakinlərin əksəriyyəti o evlərə getməkdən imtina edərək müvəqqəti olaraq şəhərdəki qohumlarının evlərində yerləşiblər. Geri qayıt |