Əsas Səhifə > Güney Press / Ana xəbər > Tiflisdə Bakıya qarşı oyun: SOCAR hədəfdə

Tiflisdə Bakıya qarşı oyun: SOCAR hədəfdə


19-05-2015, 09:19
Tiflisdə Bakıya qarşı oyun: SOCAR hədəfdə
“Tiflisə Bakı ilə strateji münasibətləri pisləşdirmək sərfəli deyil”.

Bu sözləri Axar.az-a açıqlamasında Gürcüstanın eks-deputatı Ramin Bayramov söyləyib.

Onun sözlərinə görə, Saakaşvili Rusiyanın Gürcüstan planını deşifrə edib:

“Bu münasibətlər vasitəsiylə Azərbaycanın böyük biznesi Gürcüstanda genişlənir, yeni investisiyalar qoyulur. Sonuncu yalnız hökumətin nəzarət paketlərini tam şəkildə əlinə alması halında mümkündür. Bu tip addımları hökumət hakimiyyətə gəldikləri andan etibarən atır. Zamanın fövqəladə vacibliyindən danışarkən mən Kreml tərəfindən müəyyən zaman intervalında hazırlanmış hazır strateji planı nəzərdə tuturam. Bunun nəticəsində Gürcüstan öz xarici siyasət kursunu dəyişməli və maksimal şəkildə Rusiyanın nəzarəti altına keçməlidir. Bu planın məxfi olmasına baxmayaraq, onun dərk edilməsi və görülməsi üçün xüsusi zəka lazım deyil. Məhz Mixail Saakaşvili ilk dəfə Kremlin və Rusiyaya meyllənən Gürcüstan hakimiyyətinin tandemi ilə həyata keçirilən bu planı deşifrə etdi. Əvvəllər onun fikrinə çoxları skeptik yanaşırdı, amma indiki situasiya onun nə qədər haqlı olduğunu göstərir. Saakaşvilini tanıyan hər kəs bilir ki, məhz bu siyasətçi heç vaxt boş yerə ortaya söz atmır”.

Bayramov Tiflisin SOCAR-ı Gürcüstandan çıxartmaq istədiyini bildirib:

“SOCAR-ın Karbamid zavodunun tikintisinin dayandırılması ilə bağlı bəyanat yalan deyil. Gürcüstan hakimiyyətinin SOCAR-ı ölkədən çoxdan çıxartmaq istəməsi bizə bəllidir. Gürcüstan balaca ölkədir və burada bütün sirlər gec-tez aşkar olunur. Sizə yalnız bir şey deyəcəm. Əgər hər şey belə asan olsaydı, “Gürcü arzusu” hakimiyyətə gəldiyi ilk andan etibarən Azərbaycan yerinə Putinin planı daxilində mövcud olan Ermənistanı çoxdan Gürcüstanın strateji tərəfdaşı etmişdi. Bəzi bir çox vacib səbəblər ucbatından bu, onlara müyəssər olmur”. Qeyd edək ki, bir müddət öncə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Poti şəhərində SOCAR-ın Karbamid zavodunun tikintisini dayandırdığını və bunu rəsmi Tif

lisin təzyiqi nəticəsində etdiyini bildirmişdi. Bundan sonra açıqlama verən SOCAR heç bir təzyiqin olmadığını və layihənin tikintisinin müəyyən müddətlik dayandırıldığını bəyan etdi.

Geri qayıt